NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransda universitetin rektoru Saleh Məhərrəmov pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Azərbaycanda və muxtar respublikada həyata keçirilən təhsil strategiyasından danışıb. Bildirilib ki, 200-dən çox orta ümumtəhsil məktəbərində 40000-dən çox şagirdin təhsil alması üçün labarotariya, fənn-tədris kabinələri, 600-dən çox elektron lövhə, 5500-dən çox kompüter dəstləri quraşdırılıb.
Nazir ali təhsil müəssisələrinə qəbul olan 1781 tələbənin 764 nəfərinin Naxçıvan Dövlət Universitetini seçdiyini diqqətə çatdırıb. Tələbələrin 300-ə yaxınının müəllim peşəsini seçməsi isə muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi qiymətləndirib. Müəllimlərin işə qəbulu qaydalarının 2018-ci ildən artıq Dövlət qəbulu komissiyası tərəfindən test üsulu ilə həyata keçirildiyi və 119 gəncin artıq işlə təmin edildiyi diqqətə çatdırılıb.
Konfransda qeyd edilib ki, universitetin əyani şöbəsində 15 şəhər, 2 kənd məktəbi olmaqla, 17 ixtisas üzrə cəmi 456 tələbə artıq pedaqoji təcrübəyə başlayır. Bildirilib ki, yeddi həftə davam edəcək pedaqoji təcrübədə III kursların tələbələri iştirak edəcəklər.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetin kitabxanasına verilən 170-dən çox metodik dərs vəsaitlərinin nümayiş olunduğu sərgiyə baxış olub.
Səadət Əliyeva