“Naxçıvan təranələri” kitabı tələbələrə təqdim edilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti Televiziya, mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Universitetin İncəsənət fakültəsində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun “Naxçıvan təranələri” adlı kitabının təqdimatı keçirilib.

Fakültənin dekanı Günay Məmmədova Tofiq Bakıxanovun yaradıcılığından danışıb, Onun Naxçıvan Dövlət Universitetində keçdiyi ustad dərslərində tələbələrin maraqla iştirak etdiyini vurğulayıb.

Nəzərə çatdırılıb ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edib və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib. Azərbaycan bəstəkarlıq məktəbinin bu görkəmli nümayəndəsinin zəngin yaradıcılığına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Yaradıcılığının ikinci səhifəsini Naxçıvanın təşkil etdiyini, hər konsertində Naxçıvana xüsusi yer verdiyini deyən Tofiq Bakıxanov kitabın məğzindən söhbət açıb. Bildirib ki, kitabda Naxçıvan şairlərinin şeirlərinə bəstələnmiş mahnı və romanslar yer alıb.

Sonra kitabda təqdim olunan mahnı və romanslar səsləndirilib.

 

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: