Naxçıvanda keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanının vaxtı açıqlanıb

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvanda 2026-cı ilin may ayında keçiriləcək  təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanın vaxtı açıqlanıb.  

Qeyd edək ki, test imtahanı 2, 3, 10 və  11 may tarixlərində keçiriləcək. 

Test imtahanı  Naxçıvan Şəhər 4, 10, 11 nömrəli tam orta məktəblərdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan İmtahan Mərkəzlərində təşkil olunacaq.   

Test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: