NUHÇIXAN xəbər verir ki, ali təhsil ocağında Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Vahid Rzayevin “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev və Naxçıvan Dövlət Universitetinin professoru Hüseyn Həşimli və başqaları muxtar respublikada məktəb , pedaqogika tarixi ilə bağlı çıxışlar ediblər. Kitabın bu istiqamətdə əhəmiyyəti vurğulanıb.
Sonda müəllif institut kitabxanasına və tədbirdə iştirak edən gənc pedaqoqlara “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” kitabını hədiyyə edib.