Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan MR regional bölməsinin və Naxçıvan MR Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil müəssisələrinin şagirdlərinin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışını hədiyyə edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər və rayonlarının ümumtəhsil müəssisələrini əhatə etməklə 213 məktəbə ümumilikdə 300 jurnal hədiyyə edilib. Bu vəsaitlərdən məktəblilər, qəbul imtahanına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər.