Abituriyent jurnalının yeni sayı dərc olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki,Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil müəssisələri üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrininin əks olunduğu “Abituriyent” jurnalının 12-ci sayı və “İllik hesabat 2017” jurnalı dərc olunub. Jurnalda ötən ilin statistik təhlilləri də əks olunub.  Müqayisədə, muxtar respublika ümumitəhsil məktəblərininin göstəriciləri ilbəil artır.

IX siniflər üzrə buraxılış imtahanının nəticələrinə əsasən, Naxçıvan şəhəri 100.6, Şahbuz rayonu 96.4 balla ilk sırada qərarlaşıblar.

XI siniflər üzrə buraxılış imtahanında da Naxçıvan, Sədərək və Şahbuz rayonlarının şagirdləri ən yüksək nəticələr göstəriblər. Naxçıvan şəhəri 59,1, Sədərək rayonu 59,8, Şahbuz rayonu 55,3 balla liderliyini qoruyub saxlayıb. Naxçıvan şəhəri, Kəngərli və Ordubad rayonları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul faizinə görə yüksək nəticələr əldə etmiş ilk beşlikdə qərarlaşıblar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: