Kosmik hava proqnozu açıqlanıb - FOTOLAR

A- A A+

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, Günəşin fəallığı demək olar ki, orta səviyyədə olub. Günəş küləyinin maksimal sürəti saniyədə 858 kilometrədək artıb.

Aprelin 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Günəş küləyinin sürəti mənfi qütblü tac dəliyi axınlarının təsirilə hazırda normadan yüksək olsa da, aprelin 9-dək nominal vəziyyətə dönəcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı yüksək geomaqnit enliklərdə 15-25 faiz, orta geomaqnit enliklərdə isə 15-1 faizdir.

Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: