“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans olacaq

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 5-7 iyul tarixlərində “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən baş tutacaq.

Tədbirdə “Nemətullah Naxçıvani: dövrü və mühiti”, “Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı”, “Nemətullah Naxçıvani: İslam mədəniyyəti”, “Nemətullah Naxçıvani irsi və tərcümə məsələləri”, “Nemətullah Naxçıvani və təsəvvüf fəlsəfəsi”, “Nemətullah Naxçıvani və Türkiyə” bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Konfransda iştirak və məruzə tezislərinin hazırlanmasına dair yazı qaydaları ilə www.ameanb.nakhchivan.az saytında tanış olmaq olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: