Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan Respublikası məktəblilərinin 2018-ci il üçün fənn olimpiadalarının Respublika mərhələsində Naxçıvanı təmsil edən məktəblilər 2 qızıl, 6 gümüş və 16 bürünc medal olmaqla, ümumilikdə 24 medal qazanıblar.
Bu gün keçirilən tədbirdə qaliblərə mükafatlar təqdim olunub.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.