Naxçıvan Müəllimlər İnstitutunda karikatura sərgisi

A- A A+

Naxçıvan Müəllimlər İnstitutundan NUHÇIXAN-a verilən məlumata görə  İnstitutun Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə tələbələrivə baş müəllim, əməkdar Rəssam Cavid İsmayılovun karikaturalarından ibarət sərgi  açılıb.  Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev  sərginin açılışında böyük ədəbin yubileyi ilə əlaqədar ictimai-mədəni tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Publisistikamızda satirik realizmin əsasını qoyan “Molla Nəsrəddin” jurnalının məhz  Cəlil Məmmədquluzadənin səyi nəticəsində Azərbaycan ictimai fikrində özünəməxsus yer tutumasını və bu jurnalın səhifələrində tez-tez karikaturların verildiyini diqqətə çatdırıb.

Sərgidə 21 tələbənin 55 karikatura əsərinin  nümayiş olunduğunu bildirən  İncəsənət kafedrasının baş müəllimi, əməkdar rəssam  Cavid İsmayılov karikatura sənətinin tarixi və bu günkü əhəmiyyəti haqqında geniş məlumat verib. Bildirib ki, İnstitutda rəssam tələbələrin son dövrlərdə bu sahəyə marağı xeyli artıb. Məhz bunun  nəticəsidir ki, qısa müddətdə tələbələr bu sərgiyə 60-a yaxın karikatura əsəri təqdim ediblər. Sərgidə tələbələr də çıxış ediblər.

Sonra sərgiyə baxış olub. Cəlil Məmmədquluzadənin həyatından və yaradıcılığından bəhs edən, “Molla Nəsrəddin” jurnalının ildönümünə həsr olunmuş karikaturalar, qəzet materiallarını əsk etirən rəsmlər maraqla izlənib.  

Naxçıvan Müəllimlər İnstitutunun rektorulugu, tələbə və müəllimlərin bir hissəsi Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən  Ev muzeyində olublar. Rəssam Cavid İsmayılovun sərgidə nümayiş olunan kətan üzərində yağlı boya ilə çəkdiyi “Sizi deyib gəlmişəm” adlı rəsm əsəri İnstitut adından Muzeyə hədiyyəedilib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda il ərzində silsilə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: