DİM-in keçirdiyi imtahanların təşkilində təxminən 15 min imtahan rəhbəri və nəzarətçi iştirak edir

A- A A+

Respublika üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkilində təxminən 15 min imtahan rəhbəri və nəzarətçi iştirak edir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qurumun 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Məleykə Abbaszadə bildirib ki, imtahanların təşkilində müxtəlif bilik sahələri üzrə 7 min ekspert və 5 min müəllif və marker, sistemin əsasını qoymuş müəllimlər, metodistlər və veteranlar yer alır: “Hər bir innovativ həllin arxasında insanların böyük əməyi dayanır. Son on ildə DİM kollektivi digər dövlət qurumları ilə birlikdə addım-addım yeni bilik və kompetensiyalar ekosistemini formalaşdırıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: