Astronomiya tarixində ilk dəfə fotoşəkili çəkilən qara dəliyə ad qoyulub

A- A A+

Harvard və Smitsonian Astrofizika Mərkəzində yerləşən “Event Horizon” teleskopunun astronomiya tarixində ilk fotoşəkilini çəkdiyi qara dəliyə ad qoyulub.

NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, bu qara dəliyi havay dilində “dərin, gizli qaranlıq materiya” mənasını verən “Povehi” adlandırıblar. Havay adalarında nəşr olunan “Star Advertiser” qəzetinin yazdığına görə, kainat möcüzəsinə bu adı dilçilik üzrə professor Lari Kimuranın təklifi əsasında qoyublar.

Qara dəliyin adının Havay adalarında qoyulması isə onu kəşf edən iki teleskopun da bu ərazidə yerləşməsi ilə bağlıdır. Qeyd olunub ki, 40 milyard kilometr həcmi olan bu möcüzəvi göy cismi Yer planetindən 3 milyon dəfə böyükdür.

Layihədə iştirak etmiş 200 astronomdan biri olan Cessika Dempsi də qeyd edib ki, bu ad qara dəliyin mahiyyətinı tam uyğundur.

Planetimizdən 54 milyon işıq ili (500 milyon trilyon km) uzaqlıqda yerləşən qara dəliyin fotoşəkili aprelin 10-da nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: