Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə NUHÇIXAN-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə elm və ali təhsil, o cümlədən elmi-tədqiqat sahəsində PKTU ilə inkişaf istiqamətləri müzakirə edilib.
Həmçinin, Bakı Mühəndislik Universiteti (BMU) ilə PKTU arasında 6 ixtisas üzrə həyata keçirilən ikili diplom proqramları ətrafında fikir mübadiləsi aparılıb, sözügedən əməkdaşlığın yeni ixtisaslar və sahələr üzrə genişləndirilməsi perspektivləri vurğulanıb.
Eyni zamanda BMU-da PKTU ilə birgə yeni yaradılmış "PKTU–BMU Mühəndislik fakültəsi"nin iki ölkə arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib.
