"Riyaziyyatı fərdi öyrən" qrant layihəsi çərçivəsində təlimlərə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, layihə çərçivəsində 2 qrup olmaqla lV sinifdə təhsil alan 20 şagirdin iştirakı ilə Khan Academy platformasında mövcud olan riyaziyyat fənni materiallarının rəqəmsal resurslar vasitəsilə tədrisi həyata keçirilir. Hazırda davam edən təlimlər zamanı şagirdlərin fərdi öyrənmə imkanları genişləndirilir və hər bir mövzu üzrə mənimsəmə səviyyəsi platformanın statistik göstəriciləri əsasında izlənilir.

Xatırladırıq ki, “Riyaziyyatı fərdi öyrən” qrant layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsi çərçivəsində layihə rəhbəri Murad Zeynalov tərəfindən Bakı şəhəri 74 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilir. Layihənin məqsədi riyaziyyat fənninə marağı artırmaq, məntiqi təfəkkürü və problem həll etmə bacarıqlarını gücləndirmək məqsədilə 4-cü sinif şagirdlərinin bilik və bacarıqlarını "Khan Academy" platforması üzərinden interaktiv və fərdi öyrənmə imkanları ilə inkişaf etdirməkdən ibarətdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: