AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası baş tutub. AMEA Naxçıvan Bölməsnin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri,  akademik İsmayıl Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Akademik qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur və hazırda bu istiqamətdə hazırlıq işləri davam etdirilir. Bununla yanaşı, o, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 120 illiyinə həsr olunmuş respublika elmi konfransının təşkili məsələsinə də toxunub. 

İsmayıl Hacıyev, həmçinin Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, eləcə də Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun müxtəlif şöbələrinə yeni əməkdaşların işə qəbul edilməsi barədə məlumat verib. Eyni zamanda, Samirə Salahovanın AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasına direktor vəzifəsinə təyin olunduğunu diqqətə çatdırıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Bölmədə çalışan elmi işçilərin fəaliyyətinin yeni bal sistemi əsasında qiymətləndirilməsi mexanizmi haqqında danışıb.

İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri Filurə Sadıqova İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda kompüter operatoru vəzifəsinə yeni işçinin qəbul edilməsi, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təsərrüfat şöbəsinə müdir təyin olunması barədə məlumat verib.

Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov cari məsələlər haqqında məlumat verib. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: