Culfa rayonunda İntellekt Oyunlar Olimpiadası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayon Mədəniyyət Sarayında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Culfa rayon birinciliyi keçirilib. Olimpiadanın məqsədi yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələri, dünyagörüşü, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütələviliyinin təmin edilməsidir. Muxtar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək olimpiadanın Naxçıvan Muxtar Respublika birinciliyi may ayında təşkil olunacaq.

Olimpiada çərçivəsində yarışlar “Xəmsə” Milli İntellektual Oyunu, “Poliqon” Strateji İntellekt Oyunu və “Vətəni tanı” İntellektual Oyunu üzrə vahid turnir şəkilində keçirilib.

“Xəmsə” Milli İntellektual Oyununun yekun nəticələrinə görə Saltaq kənd  tam orta məktəbin “Xəzər” komandası I, Göydərə kənd tam orta məktəbin “Zirvə” komandası II, Ərəzin kənd tam orta məktəbin “Turan” komandası III yerə çıxıb.

“Poliqon” Strateji İntellekt Oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Culfa şəhər 3 №-li tam orta məktəbin “Şahin” komandası I, Culfa şəhər 2 №-li tam orta məktəbin “Araz” komandası II, Yaycı kənd tam orta məktəbin “Əlincə” komandası isə III yerə çıxıb.

“Vətəni tanı” İntellektual Oyununda Azərbaycan Respublikasının pazl şəklində olan xəritəsini daha tez və tam olaraq quran Qazançı kənd tam orta məktəbin “Qazançı” komandası I, Xanəgah kənd tam orta məktəbin “Uğur” komandası II, Kırna kənd tam orta məktəbin “Haçadağ” komandası isə III yerə çıxıb.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub. Gənclər və İdman Nazirliyinin, Təhsil Naziliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadada 60-dan artıq yeniyetmə iştirak edib. Qeyd edək ki, Olimpiadada qalib olmuş komandalar may ayında keçiriləcək muxtar respublika birinciliyində Culfa rayonunu təmsil edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: