NUHÇIXAN xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 17 binada keçirilən imtahanlarda, ümumilikdə, 4568 şagird iştirak edib. İmtahanların idarə olunmasına 60 rəhbər və 465 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
