DİM rezidentura imtahanı verəcək namizədlərə müraciət edib

A- A A+

Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: