Ali təhsil ocağında “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib.

Təqdimatda universitetin rektoru Saleh Məhərrəmov kitab haqqında geniş məlumat verib.

Sonra Pedaqogika və psixologiya kafedrasının dosenti Vahid Rzayev və həmin kafedranın müəllimi Taleh Xəlilov kitab haqqında öz fikirlərini səsləndiriblər.  Nəzərə çatdırılıb ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəbi və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

Rektor sonda bildirib ki, “Pedaqoji fikir tarixindən” kitabı hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.

Gələcəyin müəllimi olacaq tələbələrə qiymətli kitabı mütaliə etmək  tövsiyə olunub.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: