NUHÇIXAN xəbər verir ki, “Azər-ilmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı 30-cu nömrəsi üçün tarix, etnoqrafiya, arxeologiya, sənətşünaslıq, mifologiya, folklor, iqtisadiyyat və digər mövzularda Azərbaycan, ingilis və rus dillərində elmi, elmi-publisistik məqalələrin qəbulunu elan edir.
Məqalələrin yazılışına dair tələblər:
- Məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə ([email protected]) qəbul olunur;
- Məqalələrin həcmi mövzunun əhatə dairəsindən asılı olaraq dəyişir;
- Elmi məqalələrdə müəllifin adı, soyadı, iş yeri, elmi dərəcəsi və e-mail ünvanı göstərilməli, ingilis və rus dillərində xülasələr, açar sözlər, UOT kod verilməlidir;
- Xülasə 150, açar sözlər 10 sözü keçməməlidir;
- Şəkillər (jpg) yüksək keyfiyyətli, qrafik və cədvəllər düzgün tərtibatlı olmalıdır;
- Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır;
- Məqalələr, xülasə və açar sözlər “Winword” proqramında, “Times New Roman” şrifti, ara məsafəsi 1,5 olmaqla, 14 punto ölçüsündə yazılmalıdır;
- Elmi dərəcəsi olmayan müəlliflərin məqalələri iki elmi rəylə birlikdə təqdim olunmalıdır;
- Yalnız elmi və üslubi cəhətdən ciddi redaktə olunmuş, ədəbiyyat siyahısı yoxlanılmış məqalələr qəbul olunur.
Məqalələrin dərc edilməsi üçün ödəniş tələb olunmur.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2., “Azər-İlmə” Xalçaçılıq Mərkəzi
Tel: (+994 12) 465 17 52 (114)
E-mail: [email protected]