Naxçıvanda “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və AMEA-nın Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı keçirilir.

İki gün davam edəcək konfransın əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində ortaya çıxan nəzəri və praktik problemlərin elmi müstəvidə müzakirəsi, bu sahədə aparılan tədqiqat nəticələrinin təqdim olunması, elmi fikir mübadiləsinin genişləndirilməsi və tədqiqatçılar arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant və dissertantlar, elmi işçilər, müəllimlər, eləcə də gənc tədqiqatçıların iştirak etdiyi konfransda orijinal elmi tədqiqatlara üstünlük veriləcək. Təqdim olunan xülasə və məqalələr müvafiq elmi ekspertizadan keçiriləcək, rəyçilərin müsbət rəyindən sonra konfrans materialları toplusunda dərc olunacaq.

Konfransda  müasir Azərbaycan ədəbi dilinin problemləri, Azərbaycan dilinin tədrisində innovativ yanaşmalar, dil mədəniyyətinin qorunması və inkişafı, rəqəmsal mühit və dil texnologiyaları, xarici sözlərin təsiri və adaptasiya məsələləri, eləcə də media və kommunikasiya dili kimi aktual mövzular müzakirə olunur.

Qeyd edək ki, tədbir Azərbaycan dilinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, mövcud problemlərin elmi əsaslarla təhlili və bu sahədə yeni yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: