NDU nəzdində Beynəlxalq Kembric Məktəbində “Mədəniyyət Festivalı” keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində “Mədəniyyət Festivalı” təşkil olunub. “Qlobal Perspektivlər” fənninin bir parçası olaraq hazırlanan festivalda universitetin rektoru Elbrus İsayev də iştirak edib.

Festival çərçivəsində 6-cı və 7-ci sinif şagirdlərindən ibarət 15 qrup müxtəlif ölkələri təmsil edib. Şagirdlər seçdikləri ölkələr üzrə geniş araşdırma apararaq onların tarixini, mədəniyyətini, musiqisini, rəqsini və digər xüsusiyyətlərini əhatə edən təqdimatlarla çıxış ediblər. Bununla yanaşı, həmin ölkələrə məxsus milli yeməklərin təqdim olunması tədbirə xüsusi rəng qatıb.

Tədbirin əsas məqsədi şagirdlərin dünyagörüşünü genişləndirmək, onların tədqiqat aparmaq, məlumat toplamaq və təqdimetmə bacarıqlarını inkişaf etdirmək olub. Eyni zamanda festival analitik düşünmə və komanda şəklində işləmə vərdişlərinin formalaşdırılmasına da töhfə verib.

Rəngarəng və interaktiv şəraitdə keçirilən festival şagirdlərin həm fərdi, həm də qrup şəklində bacarıqlarını nümayiş etdirməsi baxımından uğurla yekunlaşıb.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: