Sədərəkdə inşa yazı müsabiqəsi olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəbləri arasında “Gənclər Azərbaycanın gələcəyidir” adlı inşa yazı müsabiqəsi keçirilib.

İnşa yazı müsabiqəsində Sədərək rayon ümumtəhsil tam orta məktəblərinin IX-X-XI sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin nəticəsinə görə Sədərək kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Zeynəb Mustafayeva I yerə, Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nurtən Vəliyeva II, Heydərabad qəsəbə tam orta məktəbin X sinif şagirdi Cavid Zamanov isə III yerə layiq görülüblər.

Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: