Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli alim Həmid Araslının 110 illik yubileyinə həsr olunan “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçiriləcək.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən təşkil olunacaq.
Konfransda Azərbaycan ədəbiyyatşünaslığının, dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında misilsiz xidmətləri olan akademikin misilsiz xidmətlərindən söz açılacaq. Həmçinin çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən H.Araslının həyat və yaradıcılığından bəhs edən məruzələr dinləniləcək.