“QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ” III FESTİVAL-KONQRESİ: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN PAYLAŞDIĞI TARİXİ QÜRUR

A- A A+

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev artıq ənənə halını alan media üçün növbəti brifinqi bu gün keçirdi. Brinfinqdə ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və tarixi Qayıdışının güclü ifadəsi olan “Qərbi Azərbaycana qayıdış” III festival-konqresinə hazırlıq işləri, bu sahədə görülən işlər və nəzrədə tutulan tədbirlər barəsində məlumatlar verilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarına sadiqlik nümunəsi olaraq, elmi mahiyyəti, pedaqoji təsir mexanizmləri və etibarlı ixtisaslaşma əhəmiyyətinə görə fərqlənən universitetimiz bununla növbəti mühüm uğura imza atmaqdadır.

Bu mötəbər tədbir ölkəmizin ərazi bütövlüyü və onun daha da möhkəmlənməsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsində olduqca mühüm töhvə olacaq. Qeyd etmək olar ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə ictimai-siyasi, sosial-iqtisadi, mədəni hüquqi və digər sahələr üzrə kompleks tədbirlər baxımından çox əhəmiyyətli olacaq.

Hər şeydən əvvəl, bu festival-konqresin keçirilməsi malik olduğu iqtisadi və sosial mahiyyətinə görə daha çox aktuallıq kəsb etmiş olacaq. İlkin olaraq:

- çoxistiqamətli elmi araşdırmaların elmi dövriyyəyə cəlb olunması ilə yadda qalacaq. Qərbi Azərbaycanın bütün istiqamətlər üzrə tarixi, iqtisadi proseslərinin gedişi, inkişafı və perspektivlərinə aid olan mövzular genişmiqyaslı tədqiqatlar əsasında yüksək aktuallıq kəsb etmiş olacaq. Bununla yanaşı, ölkəmizdə bu sahədə görülən işlər, onun uzunmüddətli iqtisadi prioritetlər müstəvisində müəyyən olunan perspektivləri və sosial dayanıqlılığa vermiş olduğu töhvələr barəsində aşraşdırma mühitinə çevriləcək;

- zəruri turizm perspektvləri baxımından çox əhəmiyyətli olacaq. Nəzərə alsaq ki, “Qərbi-Azərbaycana qayıdış” festival-konqresi hazırkı vaxtlara qədər müxtəlif formatlarda 20000 nəfərdən çox iştirakçıya çatmışdır və ya geridə qalan hər iki eyni adlı tədbirin keçirilməsində 17 min iştirakçının olmasını diqqətdə saxlasaq, onda bütünlükdə Naxçıvan Muxtar Respublikasının turizm potensialının və perspektivlərinin nə qədər yüksək olduğunu düşünmək olar. Qeyd etmək olar ki, Birinci Festivalda Naxçıvan Şəhərində 7 min, ikinci festifalda isə Batabat yaylasında 10 min iştirakçı olmuşdur. Bu isə, təbii olaraq, turizm sahəsində hədiyyəlik məhsuların istehsalı və müvafiq sahə üzrə xidmət proseslərinin təşkili baxımından olduqca səmərəli nəticələr gətirməkdədir;

- səmərəli işbirliklərinin təşkil olunması, müştərək elmi nəticələrin ortaya qoyulmuş olması, pedaqoji fəaliyyətin həyata keçirilməsi, ortaq əsərlərin, o cümlədən, kitab, dərslik, dərs vəsaitləri, monoqrafiya və digər əsərlərin çap olunması baxımından olduqca səmərəli olacaq;

- festival kongres, eyni zamanda muxtar respublikamızın iqtisadi inkişafının, regional iqtisadi siyasətinin, davamlı islahatların, kütləvi-mədəni tədbirlərin, elm, tədris və s. sahələr üzrə çoxistiqamətli tədbirlərin təqdimatı baxımından çox məhsuldar olacaq. Bu bir həqiqətdir ki, tədbirə toplaşan iştirakçılar, müvafiq ölkələrin, təşkilatların, qurumların, strukturların, müəssisələrin nümayəndələridir, onların hər biri üçün NDU-nun müəllifi olduğu bu tədbir də olduqca maraqlıdır və onların hər birində əvvəlki illərdə olduğu kimi, bu dəfə də, yüksə təəssürat yaratmış olacaq;

- eyni zamanda, festival-konqres, özünün yüksək mahiyyətinə görə seçilməklə, milli mətbəxtin, milli yeməklərin, qastronomiya turizminin tanıdılması və inkişafı baxımından olduqca faydalı nəticələr götirmiş olacaq.

Bir sözlə, birfinq, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu çoxsaylı qürurverici tədbirlərin xalqımızla, cəmiyyətimizin üzvləri ilə, milli keçmişimizin və iftixardolu gələcəliyimizin yaşadıcıları ilə paylaşdığı növbəti vasitə oldu. Tarixi Qayıdışın uğurla davam etmiş olduğu hazırkı mərhələlər ərzində Naxçıvan Dövlət Universiteti, bu festival-konqreslə məqsədlərinə, hədəflərinə və ümummilli təşəbbüslərinə görə Günəş kimi parlamaqdadır.

Cavadxan Qasımov

NDU-nun dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: