Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “CAAI Transactions on Intelligence Technology” jurnalının redaktoru seçilib.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, jurnal Mühəndislik və Texnologiyalar İnstitutu tərəfindən nəşr olunur.
Qeyd edək ki, Çin Süni İntellekt Assosiasiyasının sponsorluğu ilə çap olunan jurnalda süni intellekt texnologiyalarının nəzəri və eksperimental problemləri ilə bağlı məqalələrə yer verilir.