“Pedaqoji fikir tarixindən” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib. 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik  İsmayıl Hacıyev qeyd edib ki, “Pedaqoji fikir tarixindən” kitabı elmi-pedaqoji əhəmiyyətinə, yeni nəslin təlim-tərbiyəsində mühüm roluna görə “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib. 

Bildirilib ki, kitab “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub”la başlayır.  Kitabda həmçinin publisist-politoloq Reyhan Mirzəzadənin rus pedaqoqları Uşinski, Çernyayevski, Suxomlinski və Anton Makarenkonun pedaqoji görüşlərinə həsr etdiyi yazıları öz əksini tapıb. Kitabda eyni zamanda  rus yazıçısı Maksim Qorkinin və XIX-XX əsrlərdə Azərbaycanda maarifçilik hərəkatının görkəmli xadimləri olmuş Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı və Məmməd Səid Ordubadinin əsərlərindən seçmələr də yer alıb. 

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, İncəsənət, Dil və Ədəbiyyat  İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımovun çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, “Pedaqoji fikir tarixindən” kitabı hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır. 

 

Mədinə Rəhimli 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: