Bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

A- A A+

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

-Alternativ qeydiyyat mərkəzlərinə;

-Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;

-“ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: