“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Qərarı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Prezidentin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə 2003-cü il 2 yanvar tarixli Fərmanının 2.1-ci bəndinə əsasən, Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib.
Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 5 avqust tarixli Qərarının 1-ci hissəsi ləğv olunub.
Qərara dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq olunmuş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.