Tələbələr üçün açıq dərs keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının III kurs tələbələri üçün açıq dərs keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, açıq dərsdə Naxçıvanın qədim və zəngin tarixini əks etdirən və regionun müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri haqqında məlumat verilib.
Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlər dövrünə aid eksponatlar, geyim və məişət əşyaları və Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin muzeyə bağışladığı bu diyarın 90 illik yubileyi münasibətilə təsis olunmuş medallar tələbələrin marağına səbəb olub.