“Dövlət qulluğu” jurnalının ikinci nömrəsi nəşr edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 2019-cu il üçün 2-ci nömrəsini çap edib.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, bu nömrədə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (01.04.2019-cu il tarixə)”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərin siyahısı (03.01.2019 – 01.04.2019)”, “Ehtiyat kadrlar üzrə 2019-cu ilin I rübü ərzində görülən işlərə dair məlumat” və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: