Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdi Cəfərli Əli Nazim oğlu imtahanda maksimum nəticə göstərərək 300 bal toplayıb.
Bu nəticə həm məktəbin, həm də muxtar respublikanın təhsil ictimaiyyəti üçün əlamətdar uğur kimi qiymətləndirilir.
Qeyd edək ki, buraxılış imtahanında əldə olunan nəticələr şagirdlərin növbəti təhsil mərhələsinə keçidində mühüm rol oynayır.
