NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində "23 Aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar "Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətdir" adlı yazı müsabiqəsinə yekun vurulub. Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru Saleh Məhərrəmov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib.
Sonra Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova həyata keçirilən “Oxumağı Sevdirmək” layihəsi haqqında və gənclərin diqqətini mütaliəyə çəkməyin yollarından danışıb.
Tədbirdə bildirilib ki, yazı müsabiqəsinə 20-yə yaxın yazı təqdim edilib. Müsabiqədə universitetin bakalavr, magistr və dissertant da daxil olmaqla universitetdə təhsil alan, yaradıcılıq qabiliyyəti olan gənclər iştirak edib.
Münsiflər heyətinin qərarı ilə Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Qızbəsti Quliyeva I, Müalicə işi ixtisası üzrə III kurs tələbəsi Nuray Quliyeva II, Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Zümrüd Rzazadə III yerləri tutublar. Həmçinin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Rahimə Mustafayeva, Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Əhməd Əhmədzadə isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.
Qızbəsti Quliyeva