İqlimşünaslar getdikcə ən pessimist qlobal istiləşmə ssenarisindən imtina edirlər. Onlar iddia edirlər ki, bərpaolunan enerjinin tətbiqi, iqlim siyasəti və karbon emissiyaları sahəsindəki mövcud tendensiyalar bədbin proqnozu qeyri-mümkün edir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, RCP 8.5 kimi tanınan ssenari tədqiqatçılar tərəfindən çox yüksək istixana qazı emissiyalarının potensial nəticələrini araşdırmaq üçün uzun müddətdir istifadə olunur. O, 2100-cü ilə qədər sənaye öncəsi səviyyələrdən 4,5-5 dərəcə Selsi daha isti ola biləcək bir dünyanın proqnozlaşdırıldığını göstərir.
Lakin son elmi araşdırma nəticəsində bərpaolunan enerji xərclərinin artması, daha güclü iqlim siyasəti və qlobal karbon qazı emissiyalarının yavaş artımı səbəbindən bu yolun getdikcə daha da qeyri-mümkün hala gəldiyi qənaətinə gəlinib. Bu barədə Norveçin NRK televiziyası çərşənbə axşamı bildirib.
İqlimşünas Byörn Samset telekanala müsahibəsində deyib: “Bunun səbəbi yaşıl texnologiyanın sürətli inkişafıdır. Emissiyalar hələ də böyük həcmdədir, lakin indi onlar 2000-ci illərin əvvəllərində olduğu kimi ildə 3-4 faizlə müqayisədə təqribən 1 faizə qədər artır”. O, gələcək iqlim proqnozlarının insan davranışı və siyasət qərarları ilə bağlı fərziyyələrdən çox asılı olduğunu qeyd edib.
“Bəlkə də iqlim siyasəti çox yaxşı işləyir və biz tullantıları çox tez azaltmışıq. Ola bilər ki, iqlim siyasəti ümumiyyətlə işləmir, bir çox böyük müharibə və kataklizmlər baş verəcək. Sonra çox yüksək miqdarda tullantılar olacaq”, - deyə Samset bildirib.
İqlim modelləri tullantıların sürətli azaldılmasından tutmuş hökumətlərin istixana qazı istehsalını məhdudlaşdıra bilmədiyi ssenarilərə qədər bir sıra mümkün perspektivə əsaslanır.
Samsette görə, RCP 8.5-in İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel tərəfindən növbəti qiymətləndirmə hesabatında əsas rol oynaması ehtimalı azdır. “Yaşıl texnologiya çox yaxşı inkişaf edib. Emissiyalar hələ də artır, lakin indi onlar 2000-ci illərin əvvəllərində olduğu kimi ildə 3-4 faiz ilə müqayisədə ildə bəlkə də 1 faizə qədər artır. Bu mənada dünyada yaxşı işlər görülür. Bu, orta ssenarilər haqqında düşünməyin indi daha aktual olduğunun müsbət əlamətidir”, - deyə o bildirib.
Alimlər, həmçinin xəbərdarlıq edirlər ki, iqlim sisteminin istixana qazı tullantılarına nə qədər güclü reaksiya verməsi ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.
“Vacib bir məsələ emissiyanın həcmidir, digər problem isə iqlimin tullantılara nə qədər güclü reaksiya verməsidir. Bəzi alimlər iqlimin nə qədər güclü dəyişdiyini bəlkə də az qiymətləndirdiyimizi deyirlər”, -deyə Samset bildirib.
