Azərbaycan qalaları haqqında kitab nəşr edilib

A- A A+

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Səbuhi Əhmədovun həmmüəllifliyi ilə “İRS Publishing House” tərəfindən “Daş keşikçilər” kitabı çap olunub.

Muzeydən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanan kitabın digər həmmüəllifi Rusiyanın tanınmış publisist və jurnalisti Andrey Vasilyevdir.

Kitab “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə nəşr edilib. Baş redaktoru Musa Mərcanlı, məsləhətçisi mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçiləri AMEA-nın müxbir üzvü Cəfər Qiyasi və tarix elmləri doktoru Tarix Dostiyevdir.

On beş fəsildən ibarət kitabda ölkəmizin tarixi Azərbaycan qalaları prizmasından verilib. Hər tarixi hadisə həmin dövrə aid ən tanınmış qalanı təqdim etməklə göstərilir. Kitabda tarixi qalaların fotoları, rəsm və sxemləri, eləcə də ilk dəfə olaraq 15 qalanın 3D bərpası yer alıb.

Kitabda təkcə Azərbaycan Respublikasında deyil, Cənubi Azərbaycan ərazisində də mövcud olmuş qalalar haqqında məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: