Bu gün Naxçıvanda IV siniflər üzrə monitorinq keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə o cümlədən Naxçıvan Muxtar Respublikasında IV siniflər üçün monotorinq keçirilir.  

Naxçıvan Muxtar Respublikasında monitorinq 17 mərkəzdə təşkil olunub.

Monitorinqdə muxtar respublikanın ümumtəhsil müəssisələrindən 4300-dən artıq şagird iştirak edir. 

Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: