Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda 22 may-Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Məruzəçilər Naxçıvan Muxtar Respublikasının zəngin bitki örtüyü, heyvanat aləmi və təbii sərvətlərindən söz açaraq, bu diyarın zəngin büomüxtəlifliyinin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu gün regionda əlverişli ekoloji mühitin yaradıldığını bildiriblər.