Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azad Mirzəcanzadə adına gümüş medal”a layiq görülən alimlərin təltifolunma mərasimi keçirilib.
ADNSU-dan NUHÇIXAN-a bildirilib ki, tədbirdə akademik Azad Mirzəcanzadənin Azərbaycanda neft sənayesinin inkişafında, neft elminin zənginləşdirilməsindəki əhəmiyyətli rolundan danışılıb, alimin elm və təhsil sahəsindəkı əvəzsiz xidmətləri xüsusi vurğulanıb.
Sonra ADNSU-nun maşınqayırma və materialşünaslıq kafedrasının professoru Cahid Kərimov, neft-qaz mühəndisliyi kafedrasının professoru Tofiq Səmədov “Azad Mirzəcanzadə adına gümüş medal” ilə təltif olunublar.
Qeyd edək ki, dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası (RTEA), Başqırdıstan Respublikası Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü Azad Mirzəcanzadənin adını daşıyan medalın təsis olunması RTEA tərəfindən qərara alınıb.