AMEA Naxçıvan Bölməsinin əməkdaşları “İlandağ kitabəsi” ilə yerində tanış olublar - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, bölmənin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov, Saltaq kənd tam orta məktəbinin tarix müəllimi Mahir Əsgərov Culfa rayonu ərazisində yerləşən “İlandağ kitabəsi” ilə yerində tanış olublar. 

Akademik İsmayıl Hacıyev NUHÇIXAN-a bildirib ki, bir neçə gün bundan əvvəl 2800 il yaşı olan qayaüstü mixi yazının yeri dəqiqləşdirilib. Qayaüstü rəsm 30 il bundan əvvəl Naxçıvan elmi mühitinə məlum olsa da abidənin yeri dəqiq göstərilməmişdi. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəliyev, Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar ediblər. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir və urartuların Naxçıvana hücumlarının uğursuz olduğu qeyd olunur.  

Abidədə bəzi aşınmaların yarandığına diqqət çəkən akademik aiddiyyəti qurumları bununla bağlı tədbirlər görməyə çağırıb. Qeyd edib ki, elm adamları, mədəniyyət nümayəndələri bu tarixi tapıntının qayğısına qalmalıdır. Bu, bizim tariximizdir, tarixi yaşatmaq isə hər birimizin borcudur. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: