Universitetdə yığıncaq keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən muzey rəhbərləri,  teatr xadimləri, Naxçıvan Müəllimlər İnstitutunun bir qrup müəllim və tələbələrinin iştirakı ilə görüş keçirilib.   

Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamının əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova isə qeyd edib ki, Ali Məclis Sədrinin bu istiqamətdə imzaladığı  yeni Sərəncama əsasən 21 ixtisas Nazirliyin hamiliyinə verilib. Bu cür tədbirlərin əsas məqsədi tələbələrlə davamlı olaraq görüşlər keçirmək, mədəniyyət, incəsənət, musiqi sahəsində, innovativ düşüncə tərzini dəstəkləməkdir.  

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev çıxışında Startap hərəkatının artıq geniş vüsət aldığını qeyd edib. Vurğulayıb ki, müvafiq Sərəncamdan irəli gələrək Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılıb. İnstitutda tələbələrin Startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsi bu laboratoriyanın iş prinsipinə daxildir.  Diqqətə çatdırılıb ki, Naxçıvan Müəllimlər İnstitutunun internet saytında da startap layihələrin qəbulu ilə bağlı yaradılan  “İdeya bankı”na innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilər.

Sonda Sərəncamın icrası ilə bağlı təkliflər müzakirə edilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: