Uşaqlar arasında mütaliə yarışı - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 10 uşağın iştirakı ilə “Oxu, qavra!” adlı mütaliə yarışı keçirilib.

Yarış iştirakçıları yarım saat ərzində elektron kitabxanada “Oxunması zəruri olan kitablar” siyahısından Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərindən biri “Ucuzluq” hekayəsini oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub. Yarışda ilk üç yeri tutan uşaqlara hədiyyələr, digər yarış iştirakçılarına isə həvəsləndirici mükаfаtlаr təqdim edilib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: