Nazir: Naxçıvan məktəblərində tamayül tədris modeli tətbiq olunacaq

A- A A+

"Ölkədə tətbiq olunan tam orta məktəb çərçivəsində təmayül tədris məktəblərinin formalaşdırılması Naxçıvan Muxtar Respublikasınında da tətbiq ediləcək".

Bu barədə NUHÇIXAN-a "Son zəng" tədbirindən sonra Naxçıvan MR-nin Təhsil naziri Elxan Nəcəfov deyib. 

O bildirib ki, yaxın illərdə yuxarı siniflərdə şagirdlərin ixtisas seçimlərinə uyğun olaraq tamayül sinifləri formalaşdırılması planlaşdırılır:

"Bu məktəblərdə şagirdlər xüsusi tədris planı ilə ali təhsil müəssisələrində seçəcəkləri ixtisas istiqamətinə uyğun daha məqsədyönlü hazırlıq keçə biləcəklər.

Hazırda həmin məktəblərin müəyyənləşdirilməsi, şagird və müəllim qəbulu ilə bağlı hazırlıq tədbirləri görülür. Məqsəd gələcəkdə şagirdlərimizin maraq və bacarıqlarına uyğun daha keyfiyyətli təhsil imkanları yaratmaqdır".

Nazir qeyd edib ki, bu modelə keçid təxminən 2028- ci tədris ilində həyata keçilicək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: