Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçirilİR.
Bununla yanaşı, bu gün saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirirlər.
Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılır.
Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıqdır.
