Naxçıvan Dövlət Texniki Kollecində kitab müzakirəsi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi olub.

Texniki Kollecinin direktoru Asəf Ruşanov bildirib ki, “Pedaqoji fikir tarixindən”  kitabında tərbiyə, təhsil, təlim problemləri, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, ziyalıların pedaqoji xidmətləri və görüşləri yer alıb. Həmçinin ayrı-ayrı dövrlərdə təhsil məsələlərini və maarifçilik missiyasını yerinə yetirən şəxslərin fəaliyyəti ümumiləşdirilib.

Bu kitab  gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsidir. Həmçinin diqqətə çatdırılıb ki,  müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdaqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində bu kitabın əhəmiyyəti böyükdür.

Rus pedaqoji fikir tarixinin görkəmli nümayəndələri Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin və maarifpərvər ziyalılarımız-Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin təlim-tərbiyəyə, müəllimə dair dəyərli fikirləri kitabda yer alıb.

 

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: