UNEC və Qarabağ Universiteti birgə layihələr reallaşdıracaq

A- A A+

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qarabağ Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq daha da genişləndirilir. Tərəflər arasında müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi və tədris layihələrinin təşkili, eləcə də akademik sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Bu barədə NUHÇIXAN-a UNEC-dən məlumat verilib.

Əməkdaşlıq çərçivəsində xarici dillərin tədrisi sahəsində innovativ yanaşmaların tətbiqi, birgə seminar və təlimlərin keçirilməsi, elmi-praktik tədbirlərin təşkili kimi məsələlərə xüsusi önəm veriləcək. Bu əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin elmi-pedaqoji potensialının inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və yeni akademik imkanların formalaşmasına töhfə verəcəyi vurğulanıb.

Hər iki ali təhsil müəssisəsi gələcək dövrdə əməkdaşlığın daha da genişləndirilməsi və müxtəlif istiqamətlər üzrə birgə layihələr reallaşdırılacaq.

Mütəxəssislərin fikrincə, universitetlər arasında bilik və təcrübə mübadiləsinin genişlənməsi tələbələrin peşəkar hazırlığının gücləndirilməsi, müəllim heyətinin inkişafı və gələcək birgə təşəbbüslərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: