Sənətşünasdan tələbələrə ustad dərsi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Rəsm Qalereyasında və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində ustad dərsləri keçirilib.
Çıxış edənlər ustad dərslərinin əhəmiyyətindən danışıb, muxtar respublikada gənclərə və yeniyetmələrə rəssamlıqla məşğul olmaları üçün hər tərəfli şərait yaradıldığını qeyd ediblər. Həmçinin qeyd edilib ki, mütəmadi olaraq rəssamlar birliyi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində ustad dərsləri keçirilir və sərgilər təşkil olunur.
Naxçıvan Dövlət Rəsm Qalereyasında və Rəssamlar Birliyində keçirilən ustad dərsi sənətşünas Nizami Alıyev aparıb. O, rəssamlığın bir növü olan ebru sənətinin tarixi və hazırlanması barədə ətraflı məlumat verib. Qeyd edib ki, qatılaşdırılmış su üzərində hazırlanan bu qədim sənətin boyası əsasən təbii maddələrdən hazırlanır. Ebru sənətində çəkilən əsərlər daha çox rənglərin harmoniyasından yaranır və göz oxşayan mənzərəyə çevrilir. Sonra rəssam suyun üzərində hazırladığı rəng harmoniyasını kağız üzərinə həkk edib.
Sadiq Məmmədov