Naxçıvan Dövlət Universiteti: Tələbəyönümlü elm və tədrisin uğurlu modeli - FOTOLAR
Qalib ölkənin inkişaf edən ali məktəbi olaraq Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr, bütün tərəflərinə görə elm və tədris proseslərinin daha da təkmilləşməsinə, modern təsisatlar əsasında qurulmasına, yeni dövrün çağırış və tələblərinə uyğunlaşdırılmaqdadır. Bunlar, eyni zamanda, yeni ixtisasların açılması və qəbul planlarının həyata keçirilməsi ilə müşayiət olunan təşkilati tədbirlərin təşəkkülündən ibarət olmaqdadır. Burada, həm ölkəmizin çoxistiqamətli hədəf və prioritetləri, həm mövcud inkişaf istiqamətləri, həm dünya elm və tədris gerçəkliklərinə inteqrasiya məsələləri, həm əmək bazarının dəyişən tələblərinə xas olan təşəbbüsləri olduqca mühüm meyar olaraq nəzərə alınmalıdır.
Məhz Naxçıvan Dövlət Universitetinin əvvəlki elm və tədris illərində olduğu kimi cari və yeni tədris illərində də ixtisaslaşma sahəsində modernləşmənin diqqətə alınması olduqca əlamətdardır. Burada, xüsusilə, yeni ixtisasların, eyni zamanda, tədrisi ingilis və digər xarici dillərdə olan ixtisasların qəbul planlarına salınması çox mühüm uğur, tənzimləmə və nəticədir. Təkcə onu qeyd etmək kifayət edir ki, indiyə qədər olan müddətlər ərzində tədrisi ingilis dilində olan ixtisasların hər birində yüksək qəbul göstəriciləri əldə olunmuş və həmin ixtisaslardan məzun olan gənclər ölkəmizin hüdudlarından kənarda da uğurla fəaliyyət göstərməkdədir. Hətta dünya üzrə bir çox nüfuzlu universitetlər tərəfindən təhsillərini davam etdirmək üçün dəvət də olunmuşlar.
Artıq 2025-2026-cı elm və tədris ilinin də sonlarına doğru addımlamaqdayıq. İstər təşkilati, istər elmi, istər pedaqoji, sosial, iqtisadi, mədəni və digər sahələr üzrə də əlamətdar uğurlarla tamamlayan Naxçıvan Dövlət Universiteti, hörmətli rektorumuz Elbrus İsayevin yaradıcı və məhsuldar rəhbərliyi ilə qarşıdakı 2026-2027-elm və tədris ilinə də yüksək ideyalar, təşəbbüslər və hədəflərlə getməkdədir. Yeni dövrdə, elə yeni də ixtisasların açılması aktual hesab olunmuş və bütün bunlar, NDU-nun prioritetlərinə aid olunmaqdadır.
Şəklin məlumatlarından aydın olur ki, yeni ixtisaslar üzrə qəbul planı peşəkarlıqla müəyyən olunmuş və həm də orada:
- ölkənin milli iqtisadiyyatı üçün aktual hesab olunan sahələrin kadr təminatına hesablanmış;
- STEAM istiqamətli ixtisaslaşmanın daha da təkmilləşməsinə yönəldilmiş;
- cəmiyyət üzvlərinin maraqlarına tam və dolğun cavab verən tədris mühitinin yaradılmasına hazırlanmış;
- milli və beynəlxalq elmi-pedaqoji inteqrasiya proseslərinin daha təkmil nəticələrinə xas müəyyən olunmuş;
- kadr hazırlığının başlanğıc və tamamlanma mərhələlərinin düzgün əlaqələndirilməsi üzrə resurslardan istifadə nəzərdə tutulmuş;
- istehsal və xidmət bölmələrinin regional və milli iqtisadiyyatlar üçün səmərəliliyi diqqətdə saxlanılmış;
- səmərəli tənzimləmə və nizamlama mexanizmlərini səmərəli təmin etmiş;
- mövcud potensial üzərində etibarlı perspektivlərin yaradılmasını təmin etmişdir.
Eyni zamanda, burada makroiqtisadi layihələrlə olduğu kimi, gələcək meqaiqtisadi prioritetlərin əlçatan olmasında da NDU mütəxəssislərinin fəal iştirakı nəzərdə tutulmuşdur.
Belə ki, qlobal iqtisadiyyatın 20 faizini təşkil edən Çin iqtisadiyyatının beynəlxalq layihələri, xüsusilə də, "Bir kəmər bir yol" layihəsinin səmərəli reallaşmasında artıq ali məktəbimizin Çin dili üzrə mütəxəssisləri də təmsil olunacaq. Və ya, tarixi İpək Yolunun daha təkmil davamlılığına, eyni zamanda, Zəngəzur dəhlizinin istismara verilməsi ilə daha geniş, daha böyük, daha mütərəqqi turizm mobilliyinin təmin olunması proseslərində tədrisi ingilis dilində turizmçilərin fəaliyyəti daha səmərəli olacaq.
Bir sözlə, ölkəmiz inkişaf etdikcə, elm və tədris sahələrində islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoyduqca müəyyən olunan hədəf və prioritetlər də daha əlçatan olur. Təbii olaraq bu işlərdə Universitetlərin də rolu böyük olacaq. Naxçıvan Dövlət Universiteti isə bir proseslərdə diqqəti daha çox cəlb edir.
Azərbaycan Respublikasında hərtərəfli inkişaf sahəsində həyata keçirilən dinamik, ardıcıl və sistemli islahatlar yeni keyfiyyət mərhələlərinin də dayaqlarını gücləndirməklə yanaşı, onun sosial mahiyyətinin təşəkkülünə etibarlı zəmin yaratmaqdadır. Təbii olaraq, bu sahədə, elm və təhsil sahələrinin inkişafı, perspektivliliyi və davam edən islahatların ruhuna uyğunluğu daha çox diqqəti çəkməkdədir. Bu isə imkan verir ki, daha etibarlı ixtisaslaşma mühitinin, daha effektiv araşdırma imkanlarının və tələbəyönümlü idarəetmə təsisatlarının yaradılmasına diqqət göstərilsin, işlər bu əsasda qurulmuş olsun.
Bildirmək olar ki, Naxçıvan Dövlət Universiteti, məhz bu proseslər müstəvisində fəaliyyət istiqamətlərinin müəyyən olunması, onun daha çox tələbə və pedaqoji heyətin sosial rifahının gücləndirilməsi, stimullaşdırıcı mexanizmlərin əhatə dairəsinin şaxələndirilməsi sahəsində mühüm yol qət etməkdədir. Hələ altı il əvvəl, dünya çağırışlarına müvafiq olaraq, universitetdə struktur islahatlarının başladılması, fakültələrin yeni baalar əsasında formalaşdırılması, idarəetmənin daha da təkmilləşdirilməsi, yeni texnologiyaların və maddi-texniki bazanın yaradılması proseslərinə qətiyyətlə başlanıldı, peşəkarlıqla davam etdirildi və uğurla tamamlandı. Artıq Naxçıvan Dövlət Universitetinin beynəlxalq elm və tədris layihələrində fəal təmsil olunan pedaqoji heyəti, mobillik və ikili diplom layihələrinə dinamika gətirən tələbələri və bu prosesləri yüksək təcrübə ilə tənzimləyən rektoru var ki, onlar da əl-ələ verməklə daha böyük nailiyyətlərə birlikdə addımlamaqdadır.
Əlbəttə ki, bütün bunlar, tələbələrin müasir, çağdaş və modern ixtisaslaşma imkanlarından yararlanması, onların yaradıcı, layihə müəllifi olacaq və səmərəliləşdirici tərəflərini gücləndirəcək keyfiyyətlərinin təkmilləşməsinə hesablanıb və təbii ki, nəticəsi də yüksək olmaqdadır. Bu sahədə, universitet rektoru, tələbələrin dostu Elbrus İsayevin dövlətimizin gündəlik qayğı və diqqətindən güc alaraq, müəyyən etdiyi stimullaşdırıcı meyarların da olduqca mühüm əhəmiyyətini qeyd etmək yerinə düşər. Bütün bunlar, tələbələr üçün müəyyən olunan aylıq təqaüdlərin daha çox sosial mahiyyətinin yüksəldilməsindən, təminatqabiliyyətli olmasından və motivasiyaedici təsirindən ibarət olan tədbirlər içərisində yer almaqdadır.
Xüsusilə də, Elbrus müəllim rektor təyin olunduğu 2019-cu ilin dekabr ayından bu günlərə qədər reallaşmış olan tələbəyönümlü tədris proseslərinin nəticəsində həm aylıq təqaüdlərin həcminin artırılması, həm də yüksək ballara uyğun yeni təqaüdlərin və stimullaşdıcı mexanizmlərin müəyyən olunması məsələlərinə aktual olaraq yanaşıldı. Şəkil 1-in məlumatlarına diqqət etdikdə aydın olur ki, 2020-2026-cı illər ərzində:
- Prezident təqaüdünün həcmi 210 manatdan 350-manata qədər 1.7 dəfə;
- Əlaçı təqaüdünün həcmi isə 130 manatdan 200 manata qədər 1.6 dəfə artmışdır.
Bundan əlavə, şəkil 2-nin məlumatlarına əsasən, son altı il ərzində, 600-dən artıq bal toplayan tələbələr üçün aylıq təqaüd 200 manat, 650-dən artıq bal toplayan tələbələr üçün aylıq təqaüd 250 manat təqaüd ödənilməkdədir. Təbii ki, bunlar da, son deyil. Abituriyent 600-dən artıq bal toplayaraq, ixtisas seçimində ilk olaraq, Naxçıvan Dövlət Universitetini seçərsə, universitet yataqxanasında tamamilə pulsuz qalmaq imkanına malik olacaq.
Beləliklə, dövlətimiz tələbənin yanındadır, onun təhsili, yaşayışı, layihələrdə təmsil olunması kimi mühüm məsələlər diqqət mərkəzindədir. Bütün abituriyentlər Naxçıvan Dövlət Universitetinin tələbəsi olmaqla, yaradılmış bu imkanlardan geniş olaraq yararlanacaqdır. Universitetimiz hər zaman olduğu kimi, yeni 2026-2027-ci tədris ilində də, abituriyentlərimizə qucaq açmaqda və onların ixtisaslı kadr və mütəxəssis olaraq formalaşmasında bütün gücünü səfərbər etməkdədir.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru