Naxçıvanda ümumtəhsil müəssisələrinə 500-dən artıq yeni şagird partası verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində tədris şəraitinin yaxşılaşdırılması, şagirdlər üçün daha müasir və komfortlu təhsil mühitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində məktəblərin mövcud ehtiyacları nəzərə alınaraq ümumtəhsil müəssisələrinə 500-dən artıq yeni şagird partası təhvil verilib.
Yeni partalar şagirdlərin rahat və təhlükəsiz şəraitdə təhsil almasına, tədris prosesinin səmərəliliyinin artırılmasına, eləcə də məktəblərin maddi-texniki bazasının daha da gücləndirilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun müasirləşdirilməsi və təhsilalanlar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.