“Azərbaycan dilində arxaizmlər” mövzusunda açıq dərs keçirilib

A- A A+

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib. Açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin apardığı açıq dərsin mövzusu “Azərbaycan dilində arxaizmlər” olub. Alim bildirib ki, 8 min illik dövrü əhatə edən Azərbaycan dilinin leksikası uzun bir tarixi təkamül yolu keçib. Qeyd edib ki, arxaizmlər yazılı salnamələrdə, əcnəbi səyyahların kitablarında, bədii ədəbiyyatda, coğrafi adlarda, etnoqrafik məlumatlı arxiv sənədlərində və başqa bu kimi mənbələrdə müasir dövrə qədər gəlib çıxıb.

Firudin Rzayev dilin ifadə imkanlarına qədim şifahi və yazılı dastanlarımız olan “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Yaradılış”, “Alp ər Tunqa” kimi tarixi mənbələrdə geniş rast gəldiyini söyləyib.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycan dilindəki qədim dövrə aid arxaizmləri öyrənməklə dilimizin keçdiyi tarixi prosesləri, inkişaf mərhələlərini izləmək olar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: