Bu gündən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 14-dən Naxçıvanda 2026–2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.

14-18 iyul tarixlərində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində və 11 nömrəli tam orta məktəblərdə yaradılan İmtahan Mərkəzlərində təşkil olunacaq test imtahanında ümumilikdə 1122 namizədin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının 180 təhsil müəssisəsi üzrə 551 vakant yer çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: